Rusiyada hava hücumundan müdafiə vasitələrinin foto və video çəkilişinə qadağa qoyula bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti cinayətkarlığın qarşısının alınması üzrə hökumət komissiyasının qəbul etdiyi sənədə istinadən məlumat yayıb.
Komissiya Müdafiə Nazirliyinə və maraqlı dövlət orqanlarına hava hücumundan müdafiə sistemlərinin və digər hərbi infrastrukturun foto və videoçəkilişinə qadağa hazırlamağı və onun pozulmasına görə inzibati məsuliyyət müəyyən etməyi tövsiyə edib.
Hökumət komissiyasının təşəbbüsü Dövlət Dumasının müvafiq komitələri tərəfindən bəyənilib. Deputat Anatoli Vıbornı vurğuladı ki, dronların hücumlarını dəf edən saytlardan foto və video materialların internetdə dərci düşmənin trayektoriyasını hesablamağı və zərbələri tənzimləməyi asanlaşdırır. O qeyd edib ki, bütün Rusiya ərazisində belə foto və video çəkilişləri qadağan etmək lazımdır.