Ukrayna ilə bağlı Rusiya ilə danışıqlara başlamaq üçün Qərb Rusiyanın aktivlərini dondurmalıdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Unherd nəşri məlumat yayıb.
“Çox güman ki, Qərb danışıqlara başlamaq üçün Rusiyanın aktivlərini dondurmalı olacaq, lakin siyasətçilər və jurnalistlər bu barədə demək olar ki, danışmırlar”, – materialda deyilir. Media qeyd edib ki, Qərb tərəfi Rusiyadakı vəziyyəti yanlış qiymətləndirən analitiklərə etibar edərək sadəlövhlük və cəhalət nümayiş etdirir.
Məqalə müəllifləri hesab edirlər ki, Moskvaya qarşı tariflərin tətbiqi ABŞ-a zərər verəcək, çünki ölkə Rusiyadan nüvə enerjisi üçün materiallar alır və yeni sanksiyalar ciddi təsir göstərməyəcək.
Bundan əvvəl Strateji Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı, İsveçrə Baş Qərargahının istefada olan polkovniki Jak Baude ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli yolunun olmadığını bildirmişdi.