Şimali Koreya su altından atdığı strateji qanadlı raketi uğurla sınaqdan keçirib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Atılan raketlərin hədəfi dəqiq vurduğu, sınaqların ətraf ölkələrin təhlükəsizliyinə heç bir mənfi təsir göstərmədiyi qeyd edilir.
Prosesi Kim Çen In da izləyib.