Dünyanın 500 ən zəngin insanının sərvəti 108 milyard dollar azaldıbackend

Dünyanın 500 ən zəngin insanının sərvəti 108 milyard dollar azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Texnoloji şirkətlərin səhm qiymətlərinin azalması nəticəsində dünyanın 500 ən zəngin insanının sərvəti ümumilikdə 108 milyard dollar azalıb.

NOCOMMENT.az xəbər verir ki, bu, Çin startapı “DeepSeek” in öz süni intellekt (AI) modelini təqdim etməsi ilə bağlıdır.

Valyuta.az xəbər verir ki, ən böyük itkiyə “Oracle Corp.” un həmtəsisçisi Larri Ellison məruz qalıb.

O, sərvətinin 22,6 milyard dollarını itirib ki, bu da onun ümumi sərvətinin 12 faizini təşkil edir. “Nvidia Corp.” un qurucusu və baş direktoru Censen Huanq 20,1 milyard dollar, yəni sərvətinin 20 faizini itirib. “Bloomberg Billionaire Index” in məlumatına görə, onun hazırkı sərvəti 101 milyard dollardır.

Texnoloji sektorun səhmlərinin ucuzlaşması nəticəsində “Dell” in qurucusu Maykl Dell 13 milyard dollar, “Binance” in yaradıcısı Çanpenq Çjao isə 12,1 milyard dollar itirib. Bununla yanaşı, “Meta” nın qurucusu Mark Zukerberqin sərvəti 4,3 milyard dollar, “Amazon” un qurucusu Ceff Bezosun sərvəti isə 0,6 milyard dollar artıb.

“Nasdaq Composite” indeksi 3,07 faiz azalıb, “S&P 500” indeksi isə 1,46 faiz aşağı düşüb. Ən böyük itki “Nvidia” nın səhmlərində qeydə alınıb. Onun səhmləri 16,97 faiz azalaraq 118,42 dollara enib ki, bu da şirkətin kapitalizasiyasında bir gün ərzində təxminən 590 milyard dollar itkisi deməkdir. Bu şirkət tarixində ən böyük günlük kapitalizasiya itkisi olub.\\valyuta.az