Salyanda yol qəzasında ölən iki nəfərin kimliyi məlum olub – FOTO – YENİLƏNİBbackend

Salyanda yol qəzasında ölən iki nəfərin kimliyi məlum olub – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanda yol qəzası zamanı ölənlərin kimliyi məlum olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, 3 saylı Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi (meşəbəyi) Mübaşir adlı şəxs və oranın digər əməkdaşı Şorsulu kənd sakini, Mustafa Əhmədov hadisə yerində ölüb.

Yaralılar Quliyev Cəlal Ceyhun oğlu və Zeynalov Samid Eldəniz oğlu isə Salyan xəstəxanasına yerləşdirilib.

***

18:58

Salyanda yol qəzası baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndində qeydə alınıb. “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.