Birləşmiş Ştatlar Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının uzadılmasını alqışlayır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Aİ diplomatiyasının rəhbəri Kaya Kallas ilə telefon danışığında bildirib.
Rubio Aİ-nin Rusiyaya qarşı sanksiyalarının uzadılmasını bəyəndiyini bildirib. O, Kallasla Vaşinqton və Brüssel arasında ümumi prioritetlərə uyğun olaraq əməkdaşlığın dərinləşdirilməsi yollarını da müzakirə ediblər.
ABŞ dövlət katibi transatlantik təhlükəsizliyin gücləndirilməsinin vacibliyini qeyd edib və Avropa ölkələrini hərbi xərcləri artırmağa çağırıb.