ABŞ-ın F-35 qırıcısı Alyaskadakı aviabazada qəzaya uğrayıbbackend

ABŞ-ın F-35 qırıcısı Alyaskadakı aviabazada qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsi Alyaskadakı aviabazada təlim missiyası zamanı qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerika hərbçilərinə istinadən Alaska News Source məlumat yayıb.

Hadisə 354-cü Hava Qüvvələri Qanadının yerləşdiyi Eielson Hərbi Hava Qüvvələri bazasında baş verib. Qırıcı təlim uçuşunu başa vurmuşdu və yerə enmək ərəfəsində naməlum “nasazlıqla” rastlaşdı.  Pilot hadisə zamanı katapult mexanizmindən istifadə edib. Təyyarə hava limanının uçuş-enmə zolağının yaxınlığında qəzaya uğrayıb və sonra partlayıb.

Pilot paraşütlə sağ-salamat yerə enib. Hazırda o, xəstəxanada tibbi müayinədən keçirilir. Onun səhhətinin vəziyyəti narahatlığa əsas vermir.

Hərbçilər aviabazanın yanından keçən avtomobil sürücülərindən magistral yolun kənarında dayanmamağı və hadisə yerindən foto və ya video çəkməməyi xahiş edib.