ABŞ Hərbi Dəniz Qüvvələri öz şəxsi heyətinə Çin süni intellekt (AI) ilə işləyən DeepSeek chatbotundan istifadə etməyi qadağan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyindən verilən bildirişdə qeyd edilir ki, chatbotun mənşəyi və istifadəsi ilə bağlı potensial təhlükəsizlik və etik narahatlıqlar səbəbindən Çin süni intellektindən istifadə etmək mümkün deyil.