Aİ-nin dərc etdiyi təklifin mətninə əsasən, Avropa Komissiyası bu sahədə Rusiyadan asılılığın artması ilə bağlı narahatlıqlar səbəbindən Rusiyadan gələn kənd təsərrüfatı məhsulları və gübrələrə yeni rüsumların tətbiq edilməsini təklif edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Hesabatda qeyd edildiyi kimi, gübrələrin alınması regionun Rusiyadan iqtisadi asılılığının vəziyyətini əks etdirir.
Ticarət və İqtisadi Təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviçin vurğuladığı kimi, Aİ Avropada gübrə istehsalçılarını və fermerləri qorumaq üçün bütün lazımi tədbirləri görmək niyyətindədir.
Bir gün əvvəl Avropa Komissiyasının mətbuat xidməti Rusiya və Belarusdan bir sıra kənd təsərrüfatı məhsulları və azot gübrələri üçün rüsumların tətbiqinin təsdiqləndiyini açıqlamışdı.