ABŞ Ukraynaya hərbi və iqtisadi dəstəyi dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə prezidenti Donald Tramp fərman imzalayıb.
Siyasətçi dövlət başçısı vəzifəsinə gəldikdən sonra bu dəstək proqramlarının ABŞ-ın xarici siyasətinə uyğunluğunu yenidən qiymətləndirmək üçün digər ölkələrə yardımın 90 günlük dayandırılması barədə göstəriş verib. Bu fərmanın imzalanması Ukraynanın maliyyələşdirilməsinin dondurulması deməkdir.
Prezidentin xarici siyasətinə uyğun olmayan şəkildə ABŞ-dan bundan sonra heç bir xarici yardım göstərilməyəcək.
Vaşinqtonun yeni fərmanı Kiyevə iqtisadi yardıma da təsir edəcək, lakin ölkəyə büdcə dəstəyi verilməyə davam edəcək. Fərman təkcə “təcili ərzaq yardımı” almağa davam edəcək İsrail və Misirə verilən dəstəyə təsir etməyəcək.
ABŞ-ın maliyyələşdirməsinin dayandırılması Kiyevin Amerika silahlarının alınması üçün vəsaitlərini donduracaq. “The Wall Street Journal”ın jurnalistləri Donald Trampın fərmanının mümkün nəticələri barədə məlumat yayıblar.
ABŞ Dövlət Departamentinin silah köçürmələrinə nəzarət roluna görə, yardımın dondurulması Dövlət Departamentinin ABŞ silahlarının alınması üçün Tayvan və Ukraynaya ayırdığı maliyyəni dondura bilər.
Bundan əlavə, dəstəyin dayandırılması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Kiyev ofisinin işinə də təsir edib. Dövlət Departamenti bütün ofis layihələrinin və onlara ayrılan xərclərin dondurulmasını əmr edib. Dövlət katibi Mark Rubio bildirib ki, yenidən açılması yalnız qrantların hərtərəfli nəzərdən keçirilməsindən sonra mümkün olacaq.