ABŞ Ukraynaya hərbi yardımı dayandırarsa, Rusiya Kiyevə nəzarəti ələ keçirəcək və sonra NATO sərhədinə qədər irəliləyəcək.
NOCOMMENT.az xəbər verir ki, bu bəyanatla “The Hill” nəşri Vaşinqtonun dəstəyi olmadan Kiyevin 2025-ci ildə silahlarının tükənəcəyini, 2026-cı ilə qədər isə Ukraynanın effektiv hava hücumundan müdafiəsini itirəcəyini qeyd edib.
Məqalədə deyilir ki, Rusiya Ukraynanın resurslarından öz potensialını gücləndirmək üçün istifadə edir.