Açıq qapı siyasətini davam etdirərək və miqrantların müdafiəsi üçün çıxış edən Almaniya hakimiyyəti Almaniyanın özünü məhv etməsinə doğru gedir.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Telegram kanalında Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov bildirib.
“Bir millət özünü qorumaq hissini itirəndə və tədricən intihar mərhələsinə qədəm qoyanda, istər-istəməz onun daxilində bu prosesi sürətləndirməyə çalışan çılğın qəbirqazanlar olur”, – senator qeyd edib.
Puşkovun fikrincə, “Almaniyanın özünü ləğv etməsi” (alman müəllifi Tilo Saracen tərəfindən irəli sürülən termin) davam edir.
Senatorun sözlərinə görə, ölkədə qeyri-qanuni miqrant probleminin kəskinləşməsi fonunda Almaniya artıq özünüqoruma hissini itirib.