DPA: NATO ABŞ-a Qrenlandiyada hərbi mövcudluğunu gücləndirməyi təklif etmək istəyirbackend

DPA: NATO ABŞ-a Qrenlandiyada hərbi mövcudluğunu gücləndirməyi təklif etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO adanın statusu ilə bağlı müzakirələri həll etmək üçün ABŞ prezidenti Donald Trampa ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək imkanı təklif etmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DPA agentliyi yazır.

“NATO ABŞ prezidentinə alyansın Arktikada hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirməyi təklif etməyi planlaşdırır”, – nəşr yazır.

Qeyd olunur ki, alyans Qrenlandiyanın statusu ilə bağlı müzakirələri bu yolla aradan qaldırmaq istəyir.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, ABŞ Qrenlandiyaya nəzarəti ələ keçirməlidir, çünki Çin Arktikada mövcudluğunu genişləndirmək üçün ondan öz xeyrinə istifadə edə bilər.