Konqo Demokratik Respublikasında (KDR) zorakılığı dayandırmağın yeganə yolu dialoqdur.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz hərbi əməliyyatların dərhal dayandırılmasına, qrupun bölmələrinin işğal olunmuş ərazilərdən çıxarılmasına və mövcud regional sülhməramlı formatlar çərçivəsində danışıqlar prosesinin bərpasına çağırırıq”, – deyə o vurğulayıb.
Zaxarova Konqo DR-də baş verən iğtişaşlar zamanı Rusiya vətəndaşlarının zərər çəkmədiyinə aydınlıq gətirib.