Azərbaycanda 120 min manat sərmayə ilə yeni tikiş fabriki fəaliyyətə başladıbackend

Azərbaycanda 120 min manat sərmayə ilə yeni tikiş fabriki fəaliyyətə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda yeni tikiş fabriki fəaliyyətə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, fərdi sahibkarın yaratdığı müəssisə istehsal ərazisi və yardımcı infrastruktur olmaqla ümumilikdə 1000 m²-ə yaxın sahəni əhatə edir.

Müəssisənin qurulmasına ilkin mərhələdə 120 min manat həcmində investisiya yatırılıb. Hazırda burada 16 işçi çalışır ki, onların əksəriyyəti qadınlardır. Növbəti mərhələdə isə müəssisədə 70-80 nəfərin məşğulluğunun təmin olunması planlaşdırılır.\\valyuta.az