Hesablama Palatasının keçirdiyi yoxlamanın nəticəsi olaraq Bəhruz Məmmədov vəzifəsindən azad olunubbackend

Hesablama Palatasının keçirdiyi yoxlamanın nəticəsi olaraq Bəhruz Məmmədov vəzifəsindən azad olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatasının keçirdiyi yoxlamanın nəticəsi olaraq Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini  Bəhruz Əmir oğlu Məmmədov tutduğu vəzifəsindən azad olunub.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu haqqda sərəncam imzalayıb.

O, agentlikdə işlədiyi müddət ərzində qanunsuzluqlarla və işçilərə qarşı etdiyi haqsızlıqlarla tanınırdı.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə gündür ki, agentlikdə yoxlamalar aparırdı.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, B.Məmmədov bu vəzidəsinədək Azərbaycan Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

NOCOMMENT.az sərəncamı təqdim edir: