Ramana qəsəbəsinin sakinləri sahibsiz itlərdən şikayətçidirlər.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Mikayıl Müşfiq 67 ünvanında yaşayan sakinlər bildirirlər ki, sahibsiz itlər ötən gün 11 yaşlı uşağa hücum eərək ona xəsarət yetirib. Zərərçəkən sağ budun dişlənmiş yarasıyla Sabunçu Tibb mərkəzinə müraciət edib, ona tibbi yardım göstərilib.
11 yaşlı həmin uşaq da itlərin əlindən rahat küçəyə çıxa, məktəbə gedə bilmədiklərini deyir.
Sakinlər bildirirlər ki, belə hal dəfələrlə baş verir. Ərazidə yaşayanlar bildirirlər ki, ailələrdə çox sayda balaca uşaqlar var. Onlar üçün daha çox narahatdırlar.
Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, onlara belə şikayətlər edilsə də, bununla bağlı aidiyyəti orqan deyillər.
İDEA heyvanlara qayğı mərkəzindın isə “Xəzər Xəbər”ə bildirildi ki, onların cəmiyyəti küçə itlərinin aqressiyasını azaltmaq üçün həmin heyvanları kütləvi şəkildə toplayır, qısırlaşdırır, quduzluğa qarşı iynələr vurur. Həmin itləri digərlərindən fərqləndirmək üçün də qulaqlarına birka taxılır, onlar yenidən olduqları əraziyə buraxılır. Bazar ertəsi günü də Ramanı “Südçülük savxozu”na nümayəndə göndəriləcək, bu proseslər orada həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.