Filippində helikopter qəzaya uğrayıb, pilot ölübbackend

Filippində helikopter qəzaya uğrayıb, pilot ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində şəxsi helikopter Maniladan Baqioya yola düşdüb və qəzaya uğrayıb bildirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb.

Mülki Aviasiya İdarəsinin sözçüsü Erik Apolonio bu məlumatı təsdiqləyib.

Apolonio bildirib ki, helikopter yerli vaxtla saat 17 radələrində tək sərnişinini düşürdükdən sonra geri dönərkən Nueva Ecijanın Guimba rayonunda qəzaya uğrayıb.

Qəzada pilot həyatını itirib. Apolonionun sözlərinə görə, helikopter yanacaq doldurmaq üçün Binalonan Hava Limanında dayandıqdan sonra mühərrikdə problem yaranıb.

Qəza ilə bağlı araşdırmaya başlanıldığı qeyd edilib.