ABŞ-nin idxal olunan Çin mallarına tətbiq etdiyi yeni tariflər rəsmi Pekinin kəskin narazılığına səbəb olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında deyilir.
“Çin bundan kəskin narazılığını bildirir və qəti şəkildə buna qarşıdır ”, – bəyanatda deyilir.
Qeyd olunub ki, Çin tərəfi ABŞ-ı yanlış hərəkətlərini düzəltməyə, problemin həllinə bərabərlik, qarşılıqlı fayda və hörmət prinsipləri əsasında yanaşmağa çağırıb.
“Sohu” nəşri isə bildirib ki, ABŞ birtərəfli qaydada tariflər tətbiq etməsilə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını ciddi şəkildə pozur. Belə ki, Vaşinqtonun qeyri-qanuni hərəkətlərinə cavab olaraq Pekin ÜTT-də məhkəməyə müraciət edəcək, bundan sonra hüquq və maraqlarını etibarlı şəkildə qorumaq üçün müvafiq əks tədbirlər görəcək.