Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Kiyevlə ABŞ-ın yeni prezidenti Donald Tramp administrasiyası arasında effektiv kommunikasiya kanalının olmamasından narahatlığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Vaşinqtona səfərini elan edərək Telegram kanalında yazıb.
“Trampın inauqurasiyasından iki həftə keçdi və Ukrayna hələ də mövqeyimizi çatdırmaq üçün effektiv kanal yarada bilməyib”, – Poroşenko deyib.
Onun fikrincə, hərbi əməliyyatlara son qoymaq üçün Rusiya, ABŞ, Ukrayna və Aİ-nin iştirakı ilə danışıqlar lazımdır.