Ukraynaya məxsus PUA Moldovanın hava məkanını pozubbackend

Ukraynaya məxsus PUA Moldovanın hava məkanını pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pilotsuz uçuş aparatı (PUA) Moldova hava məkanını pozub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.

“İcazəsiz uçuş Milli Ordunun hava məkanına nəzarət sistemləri tərəfindən aşkar edilib. Qanun pozuntusu saat 00:30-00:45 arasında qeydə alınıb. Uçuş trayektoriyası: Pavlovka, Ukrayna – Karmanova – Mayak – Qriqoriopol”, – deyə idarədən bildirilib.

Qısa müddətdən sonra pilotsuz təyyarə əks istiqamətdə uçaraq Moldova ərazisini tərk edib.