ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramını cilovlaya bilməsə, İsrailin ölkədəki nüvə obyektlərinə zərbə endirməsinə icazə verə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Foreign Affairs” jurnalı yazır.
“Tramp çox güman ki, daha çox iqtisadi təzyiq tətbiq edəcək, həmçinin Vaşinqtonun dəstəklədiyi İsrail qüvvələrinin təhdidindən istifadə edərək, iranlılara aydın mesaj göndərəcək: Diplomatik həll yolu ola bilər, lakin İran hərbi zərbələrdən qaçmaq üçün bundan istifadə etməlidir, onun nüvə infrastrukturunu məhv edəcək” – nəşrin bəyanatında deyilir.