2025-ci ilin yanvar ayının nəticələrinə görə, Rusiyada elektriklə işləyən avtomobillərin ümumi satış həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 53 faiz azalıb.
NOCOMMENT.az İnterfaks-a istinadən rusiyalıların bu tip avtomobillərə marağının kəskin şəkildə soyuduğunu yazır.
Hesabat dövründə Rusiya avtomobil bazarında ümumilikdə 764 elektromobil satılıb. Müqayisə üçün: ötən ilin yanvarında bu rəqəm 1,5 min ədədi ötüb. 2025-ci ilin yanvar ayında satılan elektrik avtomobillərinin beşdə biri Rusiya bazarında istehsal edilib, qalan hissəsi xaricdən istehsal olunaraq Rusiyaya gətirilib.
Bundan əvvəl Sənaye və Ticarət Nazirliyi minik avtomobillərində nəzərəçarpacaq artım olduğunu bildirmişdi . Yanvar ayının nəticələrinə görə, Rusiyada belə avtomobillərin satışı 10,7 faiz artaraq 88 554 ədədə çatıb. Eyni zamanda, ölkənin ən populyar minik avtomobili olan Lada Granta sedanının satışı 12,8 faiz azalaraq 8336 ədəd təşkil edib.
Yüngül ticari avtomobillərin (LCV) satışı isə öz növbəsində 11,2 faiz artaraq 7 846 ədəd təşkil edib. Ağır yük maşınlarının satışı isə əks tendensiya nümayiş etdirib. Belə ki, bu müddət ərzində yük avtomobillərinin satışı 29 faiz (5317 ədəd), avtobusların satışı isə 32 faiz (797 ədəd) azalıb.