Bu təşkilat Trampın qərarına görə işə qəbulu dondurmaq qərarına gəlibbackend

Bu təşkilat Trampın qərarına görə işə qəbulu dondurmaq qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ prezidenti Donald Trampın beynəlxalq qurumdan çıxmaq qərarından sonra işçilərin işə qəbulunu dondurmaq və səyahətləri azaltmaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, bunu onun baş direktoru Tedros Adhanom Qebreyesus X sosial şəbəkəsindəki hesabında dərc olunan çıxışı zamanı deyib.

“ABŞ-ın bəyanatı vəziyyəti gərginləşdirdi və biz dərhal işimizi və şəxsi heyətimizi mümkün qədər qorumaq üçün tədbirlər toplusunu elan etdik” deyə beynəlxalq strukturun rəhbəri qeyd edib.

Eyni zamanda, Qebreyesus aydınlaşdırdı ki, bu, ÜST-nin işinin ən vacib və məsuliyyətli sahələrinə aid deyil. İndiki məqamda onlar maliyyənin azaldılmasını gözləmirlər.

Yanvarın 21-də Tramp ölkənin ÜST-dən çıxarılması ilə bağlı sərəncam imzalayıb. ABŞ liderinin administrasiyası bu qərarın səbəbi kimi “COVID-19 pandemiyasına qarşı yanlış münasibəti” və digər qlobal sağlamlıq böhranlarını göstərib. Bundan əlavə, Tramp ABŞ-ın bu strukturun fəaliyyətinə “çox pul xərclədiyinə” diqqət çəkib.