Qvardiola antirekorda imza atıbbackend

Qvardiola antirekorda imza atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola karyerasında antirekorda imza atıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin rəhbəri olduğu komanda ilk dəfə mövsüm ərzində 4 matçda ən azı 4 qol buraxıb.

Bu, İngiltərə Premyer Liqasının XXIV turunda “Arsenal”la matçda reallaşıb. Görüş “topçular”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, daha əvvəl “Bavariya” və “Barselona”nı çalışdırmış X.Qvardiolanın baş məşqçisi olduğu Mançester təmsilçisi cari mövsümdə PSJ (2:4), “Tottenhem” (0:4) və “Sportinq” (1:4) ilə matçlarda da 4 qol buraxmışdı.