Əhaliyə ŞAD XƏBƏR: Ət UCUZLAŞDI – Səbəb NƏDİR?backend

Əhaliyə şad xəbər: Ət UCUZLAŞDI – Səbəb nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkədə dana və quzu ətinin qiyməti kəskin şəkildə ucuzlaşmaqdadır. Hazırda Bakıətrafı qəsəbələrdə dana ətinin bir kiloqramı 12 manata təklif olunur. Quzu ətinin qiymətində də ucuzlaşma var. Əgər ötən həftə quzu ətinin bir kiloqramı 21-22 manata satılırdısa, indi bu məbləğ 17-18 manat təşkil edir. Rayonlarda isə dana ətinin bir kiloqramı 11, quzu əti isə 15 manatdır.

Yerigəlmişkən 2025-ci ildə hansı məhsulların ucuzlaşa biləcəyinə dair proqnozlara görə kənd təsərrüfatı sektorunda texnoloji inkişaf və tədarük zəncirindəki problemlərin həll edilməsi nəticəsində bəzi qida məhsullarının qiymətinin ucuzlaşa biləcəyi gözlənilir. Xüsusilə süni ət və bitki əsaslı alternativlərin daha geniş şəkildə istehsal olunması bu kateqoriyada qiymətlərin azalmasına səbəb ola bilər. Ət və ət məhsullarının belə ucuzlaşmasının səbəbi nədir? Digər qida məhsullarının qiymətlərində də azalma ehtimalı varmı?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Referans.az-ın sorğusuna cavab olaraq deyib ki, ət və ət məshullarının belə ucuzlaşmasının xüsusilə də də təzə ətin təxminən 1 manat civarında ucuzlaşmasının səbəbi məhsula olan tələbatın bir qədər aşağı düşməsi ilə bağlıdır. Adətən dekabrın axırı və yanvarın əvvəlləri bu məhsullara tələbat yüksək olur. Çünki insanlar bu tarixlərdə istirahətə vaxt ayırırlar. İstirahət zamanı da adətən bizim cəmiyyətdə ət və ət məhsullarından geniş istifadə olunduğu üçün bu qida növünə tələbat artır. Lakin hazırkı vaxtda bir qədər tələbat azaldığı üçün qiymətlərin aşağı düşməsi də təbiidir.

Xalid Kərimli onu da diqqətə çatdırıb ki, eyni zamanda da bazara dondurulmuş ət də daxil olub. Məlumdur ki, dondurulmuş ət isə ənənəvi olaraq təzə ətdən bir qədər ucuz olur. Son statistikalarda qeyd olunurdu ki, Azərbaycana əsasən Monqolustandan dondurulmuş şəkildə ət gətirilir. Mütəxəssis hesab edir ki, əsasən ət məhsullarındakı qiymət ucuzlaşması bu kimi dondurulmuş ətlərin qiymətlərinə aiddir. Təbii olaraq da əhali nisbətən ucuz qiymətə satılan məhsullara maraq göstərir.

Ekspert həmçinin ət məhsullarının qiyməti ilə bağlı mövzunu şərh edərkən onu da vurğulayıb ki, hər bir məhsul keyfiyyətinə görə qiymətləndirilir və satışa çıxarılır. Təzə qoyun ətinin dondurulmuş qoyun əti ilə qiymət fərqini müqayisə edərkən qiymət ucuzlaşmasından danışmaq doğru deyil. Qiymət ucuzlaşması təzə ət məhsullarında təqribən 1 manat və 1 manat 50 qəpik məbləğindədir.

“Dondurulmuş ətin bazara daxil olmasının müsbət tərəfi də var. Dondurulmuş ətin bazarda bol olması, fermerlərə təzə ət məshullarının miqdarını artırmağa imkan yaradır”,- deyə Xalid Kərimli qeyd edib.