Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bazar ertəsi Uqandada Ebola peyvəndinin ilk sınaqlarına başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Təşkilat vurğuladı ki, Ebola virusunun Sudan ştammına qarşı namizəd peyvəndinin təsirli olduğunu sübut edərsə, bu, gələcəkdə davam edən epidemiyaya son qoyacaq və yoluxma riski olan insan qruplarını qoruya bilər.
Daha əvvəl ÜST bəyan etmişdi ki, Uqandada müəyyən edilmiş yeni Ebola virusu ştammı əhalinin sağlamlığı üçün ciddi risk yaradır və onun qonşu ölkələrə potensial ötürülməsi istisna oluna bilməz.