Çin Xalq Respublikasının Dövlət Şurası 2025-ci il fevralın 10-dan Amerikanın enerji resurslarının idxalına rüsumlar tətbiq edəcək.
NOCOMMENT.az Tass-a istinadən xəbər verir ki, Dövlət Şurasının qərarına əsasən, neftə 10%, kömür və LNG 15% rüsum tətbiq ediləcək.
Bundan əlavə, Amerikanın çox yığcam avtomobillərinə, pikap maşınlarına və kənd təsərrüfatı texnikasına 10% rüsum tətbiq olunacaq.