Gəncədə evdən tapılan meyitin kimliyi bilindibackend

Gəncədə evdən tapılan meyitin kimliyi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə evdən meyiti tapılan şəxsin kimliyi məlum olub.

NOCOMMENT.azın məlumatına görə, meyit 1950-ci il təvəllüdlü Cəfər Rəhimova məxsusdur.

Onun evdə tək yaşadığı bildirilir.

***13:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə “Unikal”a FHN-dən məlumat verilib.

Bildirilir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.