“Türkiyənin Suriyada hava bazaları yaratmaq planları barədə məlumatı yoxdur”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası məlumat yayıb.
“Dediyiniz məlumat bizdə yoxdur. Danışıqlardan sonra ölkə liderlərinin bəyanatları gözlənilir və biz sizi onlara əməl etməyə çağırırıq”, – məlumatda qeyd olunub.
Bir gün əvvəl “Reuters” agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya keçid hökumətinin prezidenti Əhməd əl-Şara Ankarada danışıqlarda Suriyada türk hava bazalarının yaradılması imkanını müzakirə edəcəklər.\\“Unikal”