Çərşənbə axşamı, fevralın 4-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi Ukraynaya səfər edib.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə MAQATE-nin mətbuat mərkəzinə istinadən məlumat yayıb.
“Bu dəfəki səfərimin əsas məqsədi bütövlükdə yarımstansiyalardakı vəziyyəti şəxsən görmək və qiymətləndirməkdir. Xüsusilə, bu baxımdan biz Kiyev yarımstansiyasını Ukraynanın enerji sisteminin işləməsi üçün əhəmiyyətinə görə seçdik”, – Qrossi bildirib.
Agentlik rəhbərinin sözlərinə görə, yarımstansiyaya xeyli ziyan dəyib, lakin mütəxəssislər yaxın vaxtlarda ehtiyat transformatorları işə salacaqlar.