Kubanda 177 tondan çox çirklənmiş torpaq sahildən çıxarılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
Hazırda mütəxəssislər sahilin 265 km-də tədqiqat aparırlar. Vibrasiya qurğusu ilə 17,2 min tona yaxın qum təmizlənib.
Qara dəniz akvatoriyasında 7 min kvadratmetrdən çox ərazi tədqiq edilib, 52 min kvadratmetr ərazi sorbentlə təmizlənib.
Qeyd edək ki, dekabrın 15-də Kerç boğazı ərazisində mazut daşıyan tankerlər qəzaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində Qara dənizə və Azov dənizinə təxminən 3,8 min ton mazut tökülüb.