Ukrayna ərazisinə iddia edəcək ölkələrin adları açıqlanıbbackend

Ukrayna ərazisinə iddia edəcək ölkələrin adları açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya qonşu olan ölkələr respublika ərazisinə iddialar irəli sürə bilərlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə infoBRICS nəşri məlumat yayıb.

Müəllif Ukraynanın Rumıniya, Polşa və Macarıstanla münasibətlərindəki problemləri xatırladıb. Mətndə deyilir ki, “Ukrayna radikal millətçiliyi” və “şovinist dil siyasəti” etnik və dini gərginliyə səbəb olub.

“Ukraynanın dağılması və müstəqil dövlət kimi mövcudluğunun qeyri-mümkünlüyü üzə çıxanda polyaklar və macarlar yəqin ki, ərazinin bir hissəsinə iddialarını bəyan edəcəklər”, – nəşr Radanın keçmiş deputatı Spiridon Kilinkarovun sözlərini sitat gətirir.

Məqalədə o da vurğulanır ki, bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanın NATO və Aİ-də dəyişdirilməsini təklif edib və bu, Budapeşt tərəfindən sərt qarşılanıb.