Mask Ağ Evin yaxınlığındakı binaya köçürbackend

Mask Ağ Evin yaxınlığındakı binaya köçür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri milyarder İlon Mask Ağ Evin yaxınlığındakı Personal İdarəetmə İdarəsinin qərargahında özü və ən yaxın tabeliyində olan şəxslər üçün çarpayılar quraşdırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə New York Times öz mənbələrinə istinadən məlumat yayıb.

Göstərilir ki, çarpayılar Vaşinqtonda Ağ Evdən bir neçə blok aralıda yerləşən binada quraşdırılıb – Mask bunu həftə sonları da daxil olmaqla gec saatlara qədər çox işləmək zərurəti ilə əsaslandırıb. Mask həftənin yeddi günü işləmək vərdişini “super güc” adlandırır.