Ukrayna Tramp komandası ilə seçki məsələlərini müzakirə etməyə hazırdırbackend

Ukrayna Tramp komandası ilə seçki məsələlərini müzakirə etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bildirib ki, Vaşinqton Kiyevlə respublikada 2025-ci ildə seçkilərin keçirilməsi zərurətini müzakirə etməyib.

NOCOMMENT.az xəbər verir ki, o, ABŞ-ın Ukraynadakı nümayəndəsi Keyt Kelloqun “Obşçestvennoye” kanalında ilin sonuna qədər səsvermənin keçirilməsi ilə bağlı sözlərini belə şərh edib.

Eyni zamanda, o qeyd edib ki, Trampın komandası dialoq zamanı bu məsələni qaldırarsa, Ukrayna bunu müzakirə etməyə hazırdır.

“2023-2024-cü illərdə bu məsələ nəzəri olaraq müzakirə olunanda bizim mövqeyimiz ondan ibarət idi ki, bunun baş verməsi üçün hərbi əməliyyatlar dayandırılmalıdır. Müharibə zamanı biz səsverməyə tam çıxışı təmin edə bilməyəcəyik”, – deyə o vurğulayıb.