Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu ABŞ-nin “İnter Mayami” komandasında çıxış edən argentinalı Lionel Messi ilə rəqabətindən danışıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu 40 yaşı ərəfəsində İspaniyanın “La Sexta” telekanalına müsahibə verib.
“Biz 15 il futbol səhnəsini bölüşdük və aramızda həmişə yaxşı münasibətlər olub. O öz klubunu və millisini müdafiə edib, mən də özümünküləri. Biz bir-birimizə motivasiya verirdik”, – deyə o bildirib.
Qeyd edək ki, Ronaldu karyerası ərzində 5, Messi isə 8 dəfə “Qızıl top”u qazanıb.