Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olubbackend

Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Norveçin yeni maliyyə naziri təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report” xarici KİV-ə istinadən məlumat yayıb.

Yeni Norveç kabinetinin tərkibini ölkənin Baş naziri Yonas Qar Styor açıqlayıb.

Y.Stoltenberqin özü də Norveçin yenilənmiş hökumətinə maliyyə naziri kimi daxil olduğunu təsdiqləyib.

“Qarşımızda duran çağırışları diqqətlə nəzərdən keçirdikdən sonra Baş nazir Styorun maliyyə naziri kimi işləmək təklifini qəbul etməyə qərar verdim”, – o bildirib.

Y.Stoltenberq əlavə edib ki, əvvəllər razılaşdırılmış Münxen Təhlükəsizlik Konfransının sədri vəzifəsindən və digər öhdəliklərdən imtina etmir. Hökumətdəki iş dövrü başa çatdıqdan sonra onlara qayıdacaq.

Yens Stoltenberq ilk dəfə 1993-cü ildə Norveç hökumətində vəzifəyə başlayıb və 2000-ci ildə ilk dəfə Baş nazir olub. NATO-nun Baş katibi vəzifəsinə qədər Y.Stoltenberq bir müddət Leyborist Partiyasının lideri olub və bu rolu Yonas Qar Styora ötürüb.