Ukrayna prezidenti Vladimir Zelenski respublikada seçkilərin yalnız münaqişə bitdikdən sonra keçiriləcəyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Seçkilər müharibənin qaynar mərhələsi başa çatdıqdan və hərbi vəziyyətin ləğvindən sonra keçiriləcək. Mən həmişə seçkilərin tərəfdarı olmuşam. Lakin müharibə zamanı seçkilər konstitusiya dəyişiklikləri və ciddi hüquqi dəyişikliklər tələb edir”, – deyə Ukrayna lideri yazıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin (AFU) cəbhədə yerləşən əsgərləri və xaricdə yerləşən ölkə vətəndaşlarının səsvermədə iştirak etmək imkanı olmadığından seçkilərin keçirilməsində insan amili də problem yaradır.
Daha əvvəl Zelenski bəyan etmişdi ki, üçüncü Minsk razılaşmaları olmayacaq, çünki onlar təhlükəsizliyə zəmanət vermir. Onun sözlərinə görə, yalnız NATO Ukrayna ilə Rusiya arasında münaqişənin təkrarlanmayacağına real zəmanət verə bilər.