Polşa prezidenti Andjey Duda deyib ki, ölkəsi müdafiə xərcləri və silahlı qüvvələrinin modernləşdirilməsi baxımından NATO-nun “avanqardı”dır və digər ölkələr Varşavaya həsəd aparır.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Do Rzeczy sitat gətirir.
“NATO-da biz, xüsusilə müdafiə xərcləri və müvafiq olaraq, modernləşdirmə xərcləri baxımından mütləq avanqardıq”, – deyə Duda bildirib.
Onun sözlərinə görə, qonşu dövlətlərin nümayəndələri, ilk növbədə Şimali Atlantika Alyansının şərq cinahının nümayəndələri ilə təmaslar zamanı onlar Varşavanın müdafiə sferasında effektivliyinə görə ona “paxıllıqla” baxırlar.