Fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişəni həll etmək məqsədinin müzakirəsi nəzərdə tutulub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ liderinin Ukrayna nizamlanması üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “X” sosial şəbəkəsində məlumat verib.
“Prezidentin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi kimi mən Donald Trampın Ukraynadakı amansız və baha başa gələn münaqişəyə son qoymaq məqsədini müzakirə etməyi səbirsizliklə gözləyirəm”, – deyə o vurğulayıb.
Kelloq əlavə edib ki, konfrans çərçivəsində o, “əməkdaşlığa hazır olan” ABŞ müttəfiqləri ilə görüşəcək.