ABŞ prezidenti Donald Tramp İrana qarşı hibrid müharibə aparmaq, Tehrana qarşı sanksiyalar tətbiq etmək və respublikaya qarşı təbliğat kampaniyası hazırlamaq niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bunu TASS-a müsahibəsində iranlı politoloq və təhlükəsizlik üzrə ekspert, professor Ruhullah Modabber deyib.
“Tramp İranla hibrid hərbi qarşıdurma, hərtərəfli sanksiya təzyiqi və İslam Respublikasına qarşı geniş təxribatçı təbliğat kampaniyası alətlərindən istifadə edəcək”, – analitik vurğulayıb.
Modabberin fikrincə, hazırkı beynəlxalq siyasi vəziyyətdə İran üçün yeganə yol dost ölkələrlə, məsələn, Rusiya ilə əməkdaşlığı inkişaf etdirməkdir.