Cənubi Koreya hökuməti Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra ABŞ-la yanaşı, Çin və Rusiya ilə əlaqələri davam etdirib.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Biz Çin və Rusiya Federasiyası da daxil olmaqla, əsas ölkələrlə əlaqə saxlamağa davam edirik”, – deyə departament ABŞ ilə intensiv ünsiyyət fonunda diplomatik təmasların planlaşdırılıb-planlanmaması ilə bağlı suala cavab olaraq bildirib.