Meriyanın və onun sakinlərinin səyləri sayəsində Moskva dünyanın ən yaxşı şəhərlərindən birinə çevrilib.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
“Moskva meriyasının səyləri, moskvalıların səyləri sayəsində Moskva rahatlıq, gözəllik, hər şey baxımından dünyanın ən yaxşı şəhərlərindən birinə çevrilib”, – deyə Peskov bildirib.
Ötən ilin sentyabrında Moskvanın qrupun aparıcı şirkətlərinin qərargahlarının sayına görə BRİKS şəhərlərinin reytinqində üçüncü yeri tutduğu bildirilmişdi.