2025-ci il yanvar ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 27 mlrd. 477 mln. 656 min manat təşkil edib ki, bunun da 76.6%-i və ya 21 mlrd. 35.3 min manatı Bakının payına düşüb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu dövrdə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı şəhərinə verilib. Belə ki, Bakı şəhərinə verilən ümumi kreditlərin orta fazi dərəcəsi 11.85%, milli valyutada verilən kreditlərinin orta faiz dərəcəsi isə 13.46% təşkil edib.
Hesabat dövründə ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı) verilib. Bu regiona banklar tərəfindən kredit qoyuluşu 184 milyon 754 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19.25%, milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 19.30% olub.
Aşağıdakı cədvəldə regionlar üzrə kredit qoyuluşları və orta faiz dərəcələri verilib.
İqtisadi rayonlar | Ümumi kreditlər Min.manat | Orta faiz dərəcəsi | Manatla verilən kreditlər min manat | Manatla kreditlərin orta faiz dərəcəsi |
Bakı iqtisadi rayonu | 21,035,300 | 11,85% | 16,773,050 | 13,46% |
Abşeron-Xızı iqtisadi rayonu | 1 081 134 | 15,88% | 1,036,620 | 16.29% |
Gəncə-Daşkəsən iqtisadi rayonu | 816,605 | 17.15% | 798,69 | 17.41% |
Lənkəran-Astara iqtisadi rayonu | 651,206 | 18.98% | 649,511 | 19.01% |
Mərkəzi Aran iqtisadi rayonu | 550,86 | 18.65% | 544,022 | 18.80% |
Şəki-Zaqatala iqtisadi rayonu | 532,531 | 16.91% | 467,685 | 18.34% |
Qazax-Tovuz iqtisadi rayonu | 521,879 | 18.51% | 514,033 | 18.70% |
Qarabağ iqtisadi rayonu | 473,304 | 19.02% | 471,669 | 19.06% |
Quba-Xaçmaz iqtisadi rayonu | 465,806 | 17.35% | 455,018 | 17.61% |
Şirvan-Salyan iqtisadi rayonu | 430.000 | 18.84% | 415,563 | 19.28% |
Naxçıvan iqtisadi rayonu | 426,409 | 14.31% | 426,149 | 14.32% |
Mil-Muğan iqtisadi rayonu | 298,354 | 18.92% | 298,332 | 18.93% |
Dağlıq Şirvan iqtisadi rayonu | 184,754 | 19.25% | 183,99 | 19.30% |
Şərqi Zəngəzur iqtisadi rayonu | 9,514 | 15.39% | 8,816 | 16.13% |