ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynadakı müharibənin sülh yolu ilə nizamlanması planı xarici mətbuata sızıb.
NOCOMMENT.az oxu24.com -a istinadən xəbər verir ki, Daily Mail-in ingiliscə nəşrində qeyd edildiyi kimi, Trampın planı aprelin 20-də Moskva ilə Kiyev arasında atəşkəs əldə etməyi nəzərdə tutur.
Mətbuatın məlumatına görə, Tramp Zelenskini Rusiya ilə danışıqlar aparmağa və aprelin 20-də Pasxa bayramı zamanı atəşkəs sazişi bağlamağa inandırmaq niyyətindədir. Yekun sülh sazişi isə bir az gec, simvolik olaraq – 2025-ci il mayın 9-dək imzalanacaq.