İsmayıllıda 32 yaşlı kişi bıçaqlandıbackend

İsmayıllıda 32 yaşlı kişi bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllıda bıçaqlanma hadisəsi olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə fevralın 7-də gecə saatlarında Quşencə kəndi ərazisində baş verib.

54 yaşlı Arif Qarayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 32 yaşlı Kamal Şıxbalayevə bıçaqla xəsarət yetirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.\\Lent.az