Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçən Dzerjinsk qəsəbəsi Toretsk aqlomerasiyasına daxil olanların ən böyüyüdür.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Dzerjinsk Toretsk aqlomerasiyasının ən böyük yaşayış məntəqəsidir… 2022-ci ilin əvvəlinə Toretsk aqlomerasiyasının sakinlərinin ümumi sayı 73,5 mindən çox, Dzerjinskdə isə 35 minə yaxın sakin olub”, – məlumatda deyilir.
Fevralın 7-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya hərbçiləri aktiv hücum əməliyyatları zamanı Dzerjinsk şəhərini nəzarətə götürüblər.
İdarədən verilən məlumata görə, “Mərkəz” qoşun dəstəsinin tərkibində “Veteranlar” könüllü dəstəsinin üzvləri qəsəbə uğrunda gedən döyüşlərdə iştirak ediblər. Onlara 51-ci Ordunun 1-ci, 9-cu və 132-ci Mühafizələrin Əlahiddə Motoatıcı Briqadalarının bölmələri kömək edirdi.
DXR rəhbərinin müşaviri İqor Kimkovskinin sözlərinə görə, Dzerjinsk Ukrayna Silahlı Qüvvələrinin Konstantinovkadakı əhəmiyyətli möhkəmləndirilmiş ərazisinə gedən yolda sonuncu mühüm forpost olub.