Rusiya XİN Trampın BRİKS ölkələri ilə bağlı təhdidlərinə cavab veribbackend

Rusiya XİN Trampın BRİKS ölkələri ilə bağlı təhdidlərinə cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BRİKS-ə üzv dövlətlər arasında əməkdaşlıq başqa ölkələrə qarşı yönəlməyib və konstruktiv xarakter daşıyır.

NOCOMMENT.az xəbər verir ki, bunu “Kommersant”la söhbətində ABŞ prezidenti Donald Trampın təhdidlərini Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti şərh edib.

“BRICS-də əməkdaşlıq iştirakçıların sosial-iqtisadi və insan potensialının gücləndirilməsinə yönəlib”, – XİN qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, maliyyə sahəsində əməkdaşlıq inkişaf etməkdə olan ölkələrin maraqlarına cavab verən davamlı mexanizmlər yaratmaq məqsədi ilə birləşmənin açarıdır.

Qeyd edək ki, dekabrın 1-də Tramp BRİKS ölkələri öz valyutalarını yaratmaq planından əl çəkməsələr, 100% tariflər tətbiq edəcəyini bildirib.