Almaniyanın Ukraynaya yardımı 44 milyard avroya çatıbbackend

Almaniyanın Ukraynaya yardımı 44 milyard avroya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi hərbi əməliyyatın başlanğıcından etibarən Almaniya Kiyev hökumətinə təxminən 44 milyard avro dəyərində yardım göstərib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştrayt jurnalistlərə müsahibəsində bildirib.

Almaniya münaqişə başladıqdan bəri təkcə hərbi yardım deyil, həm də maliyyə dəstəyi və buraya gələn ukraynalı qaçqınların yerləşdirilməsi üçün ümumilikdə 44 milyard avro xərcləyib. 44 milyard avro böyük məbləğdir“, – deyə o bildirib və əlavə edib ki, bu rəqəm Almaniyanı ABŞ-dən sonra Ukraynanın ikinci ən böyük donoruna çevirir.

Kansler və hökumət bu dəstəyin davam edəcəyini vurğulayıb“, – o əlavə edib.

Almaniya, eyni zamanda, ABŞ-dən sonra Ukraynaya ən çox silah və hərbi texnika tədarük edən ikinci ölkədir. Ölkənin 2025-ci il büdcə layihəsinə əsasən, Berlin Kiyev hökumətinə hərbi yardım üçün təxminən 4 milyard avro ayırmağı planlaşdırır ki, bu da 2024-cü ildə verilən məbləğin yarısı qədərdir. Lakin büdcə hələ Almaniya parlamenti tərəfindən təsdiqlənməlidir.\\Valyuta.Az