Keçən il dünya pikap bazarının lideri “Amerika üslubunun ikonu” sayılan avtomobil olub. Söhbət, əlbəttə ki, əfsanəvi “Ford F-Series”dən gedir.
NOCOMMENT.az xarici KİV-ə istinadla məlumat verir ki, 2024-cü ildə bu modelin ümumi satışları 903 454 avtomobil təşkil edib. İkinci yerdə 639 889 ədəd satılan “Chevrolet Silverado” qərarlaşıb. Üçüncü yerdə “Toyota Hilux”dur, ilk onluğu isə “Ford Maverick” tamamlayıb.
Qeyd edək ki, “Ford F-Series” avtomobilləri 70 ildən artıqdır ki, Ford Motor Company tərəfindən istehsal olunur. Bu, şirkətin tarixində ən uğurlu modellərdən biridir.
2024-cü ilin 10 ən populyar pikapları:
• Ford F-Series – 903,454 (+1.5 faiz);
• Chevrolet Silverado – 639 889 (+1.5 faiz);
• Toyota Hilux – 513 427 (-8.1 faiz);
• Ram Pick-Up – 430 380 (-17,3 faiz);
• GMC Sierra – 367 379 (+0,6 faiz);
• Ford Ranger – 333 105 (+12,3 faiz);
• Toyota Tacoma – 210 819 (-17,3 faiz);
• Isuzu D-Max – 202 587 (-20,4 faiz);
• Toyota Tundra – 176 814 (+27,1 faiz);
• Ford Maverick – 165 203 (+51.8 faiz).
Bundan əvvəl iSeeCars portalının mütəxəssisləri dünyanın ən etibarlı pikaplarını açıqlayıblar.
Buraya Ram 3500, Toyota Tundra, Chevrolet Silverado 2500HD, GMC Sierra 2500HD, Chevrolet Silverado 3500HD, Ford F-350 Super Duty, Ford F-250 Super Duty, Ram 2500, Toyota Tacoma və GMC Sierra 3 daxildir.\\Lent.az